Çində yaşayan xalqlar
Çində rəsmən 56 millət yaşayır.
Çin XR-da 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri,yakutlar və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur, 1.250.458 nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 12.370 nəfər özbək və 4.890 nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar.
Çində muxtariyyət almış Türk xalqları
Uyğurlar : Sintszyan-Uyğur Muxtar Rayonu
Qazaxlar : Ardunsüykedə,Dulanda,Haysidə,Aksayda və Sintszyan - Uyğur muxtar bölgəsində yaşayırlar.
Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823 (158,775 nəfəri Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır. Sintszyan–Uyğur Muxtar Rayonunda yaşayan qırğızların əksəriyyəti - 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto, Akçi və Vüqia (türkcə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi (türkcə əsl adı Uçturfan) və Bayçen (türkcə əsl adı Bay və ya Bəy) qəzalarında, İli-Qazax Muxtar Dairəsinin Çjaosu (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes qəzalarında yaşamaqdadır.
Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400 nəfərdir. Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar. Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər.